Bu məhsulun qiyməti cəmi 30 AZN-dir. Bu məbləği ödəməklə, övladınızın sağlamlığını 3 il müddətinə 15 000 AZN təminatla sığortalaya bilərsiniz.
Aparıcı ölkələrdə məşhurluq qazanmış uşaqlar üçün həyat sığortası Azərbaycanda da təklif olunur? Bu sığorta məhsulu ölkələrə və şirkətlərə görə fərqli adlandırılıb, fərqli təminatlar təklif edir.
Avropa və ABŞ-da sığorta şirkətləri hesablamalarını çox vaxt insanların statistik həyat dəyərinə əsaslandırırlar. Uşaqlarda və böyüklərdə rast gəlinən onkoloji xəstəliklər isə bir-birindən ciddi şəkildə fərqlənir. Statistik göstəricilər xərçəng hallarının ümumilikdə artdığını göstərir. Buna görə də uşaqların mütəmadi müayinəsi və xəstəliyin erkən mərhələdə aşkarlanması xüsusi əhəmiyyət daşıyır. Uşaqlarda qeydə alınan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təxminən 1–1,5%-ni təşkil edir.
İnkişaf etmiş və inkişafda olan bir çox ölkələrdə ailələrin prioriteti uşaqların həyatı ilə bağlı olur. İlk növbədə ailədəki azyaşlıların həyatı sığorta olunur.
Bəli, ölkəmizdə uşaqlar üçün həyat sığortası mövcuddur. Bu sığorta növü ilə uşaqları bir sıra kritik xəstəliklərdən sığortalamaq mümkündür. Buna misal olaraq, xərçəng, böyrək çatışmazlığı, iflic, əsas orqanların transplantasiyasını qeyd etmək olar. Bu sığorta növü 1-18 yaşlı uşaqlara şamil olunur.
Valideynin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir. Cəmi 30 AZN ödəməklə, övladınızın sağlamlığını 3 il müddətinə 15 000 AZN təminatla sığortalaya bilərsiniz. Bununla yanaşı, xəstəliklərin müalicəsi məqsədilə ödənilmiş məbləğin istifadəsi isə valideynin tam ixtiyarına verilir.
Daha ətraflı məlumat üçün linkə daxil olun: //pasha-life.az/products/usaqlar-ucun-heyat-sigortasi/
