Tenderın adı: “Premium card holderlərin satınalınması”
Tenderin elan tarixi: 05.02.2026
Tenderin son tarixi: 12.02.2026, saat 17:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
- İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
- Məhsulların təhvil müddəti qeyd edilməsi mütləqdir
- Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
- Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı
- Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99451 271 48 48 nömrəsinə müraciət edə bilərlər.
