Azər Türk Bank daha sərfəli şərtlərlə müştərilərə istehlak kreditləri təklif edir.
Belə ki, bir il müddətinədək olan istehlak kreditləri 9,9%-lə rəsmiləşdiriləcək.
Kreditlər üzrə illik faiz dərəcəsi və xidmət haqqı məbləği kredit götürən şəxsin aylıq gəlirindən asılı olaraq dəyişir. Qeyd edək ki, kreditlər 59 ay müddətinədək, minimal 0%-dən başlayan komissiya ilə verilir.
Müraciət edən şəxsin ala biləcəyi kreditin maksimal məbləği 50 000 manatdır.
Krediti Azər Türk Bankın saytında online və atb360 mobil tətbiqində sifariş vermək mümkündür.
Kampaniya 2026-ci il 28 fevral daxil olmaqla, həmin tarixədəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

