2025-ci ilin sonuna olan məlumata görə, Ani Ödəniş Sistemləri (AÖS) vasitəsilə aparılmış əməliyyatların həcmi 368,8 milyon manat, sayı isə 1,5 milyon ədəd təşkil edib.
Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖNKS) çərçivəsində həyata keçirilmiş əməliyyatların həcmi 6,8 milyard manat, sayı isə 9,6 milyon ədəd olub.
Milli Hesablaşmalar Sistemi (AZİPS) çərçivəsində real vaxt rejimində aparılmış əməliyyatların həcmi 99,4 milyard manatdan çox, sayı isə 304,3 min ədəd təşkil edib.
Bank sektorunun struktur göstəricilərinə görə, bank filiallarının sayı 502, bank şöbələrinin sayı 87, bankomatların sayı 3 486 təşkil edir.
Sektor üzrə işçilərin sayı 27 389 nəfər olub ki, bu da aylıq artım 1,4% və ya 369 nəfər, illik artım isə 8% və ya 2 026 nəfər deməkdir.
Maliyyə göstəricilərinə əsasən, bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat səviyyəsində olub.
Fuad Mədətov
Finss.az
