MÜSAHİBƏ

04 Fevral

Azərbaycan manatının dövretmə sürəti azalıb

2025-ci ilin sonuna olan vəziyyətə görə, manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.

Finss.az Azərbaycanın Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 1 dekabr 2025-ci il ilə müqayisədə 0,18 bənd və ya 5,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 0,25 bənd və ya 7,2% azalıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 1-nə manatın dövretmə sürəti 3,38 bənd, 2024-cü ilin sonuna isə 3,45 bənd olub.

Bank sektorunun struktur göstəricilərinə görə, bank filiallarının sayı 502, şöbələrin sayı 87, bankomatların sayı 3 486 təşkil edir.

Sektor üzrə işçilərin sayı 27 389 nəfər olub ki, bu da aylıq artım 1,4% və ya 369 nəfər, illik artım 8% və ya 2 026 nəfər deməkdir.

Maliyyə göstəricilərinə əsasən, bankların cəmi aktivləri 57,086 milyard manat, məcmu öhdəlikləri 49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat səviyyəsində olub.

Fuad Mədətov
Finss.az