Yelo Bank, qadın sahibkarlara dəstək və onların şəbəkələşmə imkanlarını genişləndirmək missiyası çərçivəsində növbəti netvörkinq görüşünü keçirib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə birgə təşkil olunan "Tea Talk" formatlı görüşün bu dəfəki qonaqları səhiyyə sektorunda fəaliyyət göstərən uğurlu xanım sahibkarlar olub.
Tədbirin əsas məqsədi xanım sahibkarlar arasında peşəkar əlaqələri gücləndirmək və müxtəlif biznes sahələrindəki təcrübələri bölüşməkdir. Görüşün xüsusi qonağı olan TƏBİB-in Korporativ əməkdaşlıq şöbəsinin rəhbəri Nigar Rüstəmli öz karyera yolu, qarşılaşdığı çətinliklər və qazandığı maraqlı təcrübələr haqqında danışıb. Səmimi söhbət mühitində keçən görüş iştirakçılar üçün həm motivasiya, həm də yeni işgüzar perspektivlər baxımından faydalı olub.
Bu cür görüşlər xanım sahibkarların bir-birindən öyrənməsi və ortaq ideyalar ətrafında birləşməsi üçün yaradılan dəyərli bir platformadır. Yelo Bank qadın sahibkarların inkişafına və onların cəmiyyətdəki rolunun güclənməsinə yönəlmiş təşəbbüsləri hər zaman dəstəkləməyə davam edəcək.
Bankdan tecili kredit istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!





