2025-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 135,3 milyon manat vəsait daxil olub ki, bu da 2024-cü illə müqayisədə 24,2% çoxdur. Hərracların sayı 58, icarə müqavilələrinin sayı isə 4.957 olub.
Finss.az İqtisadiyyat Nazirliyi yanında Əmlka Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən xəbər verir ki, 2025-ci ildə dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə 135,3 milyon manat daxil olub. Bu, 2024-cü ilə nisbətən 26,4 milyon manat və ya 24,2% artım deməkdir. Ümumilikdə illik büdcə proqnozunun icrası 123% həcmində təmin olunub.
Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58 hərrac təşkil edilib. Hərraclarda 2.446 sifariş, o cümlədən “Elektron hərrac” proqramı vasitəsilə 149 onlayn qoşulma və 644 elektron sifariş qəbul olunub.
Dövlət əmlakının icarəsindən də yüksək gəlir əldə olunub: 4.957 yeni icarə müqaviləsi bağlanıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı torpaq sahəsi üzrə olub. Bu sahədən dövlət büdcəsinə 46,2 milyon manat vəsait daxil olub, bu da 2024-cü illə müqayisədə 23% artım deməkdir. Büdcə proqnozunun icrası isə 135,9% təşkil edib.
Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sahəsində də işlər davam etdirilib. Ötən il 25.964 monitorinq aparılıb, 1.266 inzibati protokol tərtib olunaraq fiziki və hüquqi şəxslərə 585 min manat cərimə tətbiq edilib.
Fuad Mədətov
Finss.az
