2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 22 bankın xalis gəliri 1,162 milyard manat olub ki, bu da ötən ilə nisbətən 11% artım deməkdir. Banklar həmin dövrdə 316,8 milyon manat gəlir vergisi ödəyiblər.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, 2025-ci il ərzində Azərbaycan bank sektorunda həm gəlir, həm də aktiv və kapital göstəricilərində artım müşahidə olunub.
- Bankların cəmi aktivləri: 57,1 milyard manat (7,7% artım)
- Bankların cəmi öhdəlikləri: 49,7 milyard manat (7,2% artım)
- Balans kapitalı: 7,3 milyard manat (11% artım)
Hesabat dövründə bankların filial və şöbə şəbəkəsi, eləcə də ATM infrastrukturu genişlənib:
- Filiallar: 502
- Şöbələr: 87
- ATM-lər: 3,486
Bank sektorunda çalışanların sayı isə 27,389 nəfər təşkil edib. Bu, illik müqayisədə 1,4% artım və ilin əvvəlindən etibarən 8% artım deməkdir.
Fuad Mədətov
Finss.az
