MÜSAHİBƏ

02 Fevral

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

2026-cı ilin yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85,56 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu göstəricinin 11,515 milyard dolları Mərkəzi Bankın, qalanı isə ARDNF-in aktivlərinin payına düşür.

Finss.az xəbər verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları son bir ildə 14,165 milyard ABŞ dolları və ya 19,8% artıb. Ötən ilin sonunda Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73,541 milyard dollar təşkil etmişdi.

Strateji ehtiyatların bölgüsü belədir:

  • ARDNF aktivləri: 74,045 milyard ABŞ dolları
  • Mərkəzi Bank ehtiyatları: 11,515 milyard ABŞ dolları

Ekspertlərin qiymətləndirməsinə görə, valyuta ehtiyatlarının artımı ölkənin makroiqtisadi dayanıqlığını gücləndirir, xarici ticarət və beynəlxalq öhdəliklərin təminatına töhfə verir.

Beləliklə, 2026-cı ilin yanvarın 1-nə Azərbaycan strateji valyuta ehtiyatları 85 milyard dolları ötüb, bu da ölkənin maliyyə dayanıqlığı üçün rekord səviyyə kimi qiymətləndirilir.

Fuad Mədətov
Finss.az