Azərbaycanda fəaliyyət göstərən bankların balans kapitalının həcminə görə renkinqi açıqlanıb.
Finss.az xəbər verir ki, 2025-ci ilin 4-cü rübünün sonunda bankların balans kapitalı üzrə liderlik mövqeyində Azərbaycan Beynəlxalq Bankı ASC yer alıb – 2,204,685 min manatla ilk sıradadır. İkinci yerdə Kapital Bank ASC 1,178,338 min manat, üçüncü yerdə isə PAŞA Bank ASC 917,765 min manat kapital ilə qərarlaşıb.
Orta səviyyədə kapital göstəricisi Xalq Bank ASC 542,452 min manat, Bank Respublika ASC 249,405 min manat, AccessBank QSC 232,711 min manat, Premium Bank ASC 197,391 min manat, Unibank KB ASC 192,796 min manat və Yelo Bank ASC 176,493 min manat təşkil edir.
Balans kapitalı baxımından aşağı səviyyədə olan banklar isə AFB Bank ASC 77,731 min manat, Bank Melli İran Bakı filialı 53,353 min manat və Bank BTB ASC 50,925 min manatla siyahının son yerlərindədir.
Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci ilin IV rübünün sonuna olan balans kapitalının həcmi üzrə cədvəli təqdim edirik:

Fuad Mədətov
Finss.az
