MÜSAHİBƏ

28 Yanvar

Sığorta yığımlarının həcmi üzrə şirkətlərin RENKİNQİ - YANVAR-DEKABR/2025

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 1 milyard 505 milyon manat məbləğində sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% artım deməkdir.

Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bazar üzrə ən yüksək sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC olub. Şirkət il ərzində 679,75 milyon manat sığorta haqqı yığıb. İkinci pillədə 355,16 milyon manat göstərici ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə isə 112,49 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

2025-ci ildə sığorta haqlarının həcminə görə şirkətlərin renkinqi (min manatla):

Şirkətin adı Sığorta haqqı
(min manat)
1 Paşa Həyat Sığorta 679,750
2 Paşa Sığorta 355,163
3 Atəşgah Həyat Sığorta Şirkəti 112,492
4 Qala Sığorta 78,940
5 Atəşgah Sığorta Şirkəti 63,804
6 Azərbaycan Sənaye Sığorta 33,190
7 Meqa Sığorta 33,150
8 Qala Həyat Sığorta Şirkəti 30,848
9 Xalq Sığorta 25,410
10 A-Qroup Sığorta Şirkəti 20,738
11 Meqa Həyat Sığorta 17,958
12 Aqrar Sığorta 17,300
13 Xalq Həyat Sığorta Şirkəti 11,963
14 AtaSığorta 10,031
15 AzSığorta 8,239
16 İpək Yolu Sığorta 5,734

Fuad Mədətov
Finss.az