Finss.az - Bazar ertəsi səhər Brent və WTI neft fyuçersləri sabit qiymət dəyişiklikləri ilə ticarət olunur.
London birjasında Brent mart fyuçersləri 65,91$ səviyyəsində, New York NYMEX-də WTI isə 61,12$ səviyyəsindədir. Cümə günü Brent 2,8%, WTI isə 2,9% artmışdı.
Qiymət artımına ABŞ-ın İrana qarşı təzyiqinin güclənməsi və ölkədəki mürəkkəb hava şəraiti səbəbindən bəzi neft və qaz yataqlarında hasilatın dayanması təsir göstərib. JPMorgan-a görə, Oklahoma və Texasdakı bəzi yataqlarda qar fırtınası nəticəsində gündəlik təxminən 250 min barrel neft itirilib.
Analitiklər bildirirlər ki, həftə ərzində neft qiymətləri ABŞ-dakı hasilat problemləri və geosiyasi risklərin qorunması ilə dəstəklənəcək.
