Finss.az - Bazar ertəsi qızıl qiymətləri 5.000 dollar səviyyəsini aşaraq tarixdə ən yüksək qiymətə çatdı.
Spot qızıl 5.071,96 dollardan ticarət olunub, ABŞ qızıl fyuçersləri isə 5.068,70 dollara yüksəlib.
2025-ci ildə qızıl qiymətləri 64% artaraq investorların “təhlükəsiz liman” axtarışını gücləndirib. Bu yüksəlişə ABŞ-da pul siyasətinin yumşalması, mərkəzi bankların aktiv alımları, ETF-lərə rekord səviyyədə investisiya axını və Çinin ardıcıl qızıl alımları təkan verib.
Bazar analitikləri qızılın ilin sonuna qədər 5.500 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır. Bununla yanaşı, gümüş, platin və palladium da yüksəlir; gümüş 108,60 dollarla rekord qırıb.
