Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştərilərin ödəniş prosesində daha sürətli və rahat seçimlərə sahib olması üçün POS-terminallarda AZQR kod funksionallığını istifadəyə verib.
AZQR kod - ödənişlərin ticarət və xidmət obyektlərində fiziki POS-terminallar üzərindən tez, təhlükəsiz və kontaktsız şəkildə həyata keçirilməsini təmin edən vahid QR kod sistemidir. Yeni funksionllıq sayəsində müştərilər müəyyən bankların mobil tətbiqlərindən istifadə edərək ödənişi bir neçə saniyə ərzində tamamlaya bilərlər.
Yeni həll ticarət müəssisələrinə əlavə rahatlıq yaratmaqla yanaşı, kassalarda növbələri azaldır və ödəniş prosesinin çevikliyini artırır.
POS-terminallar haqqında ətraflı məlumat və sifariş üçün keçid edin: //pshb.az/3LruxHH
Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib. Bank eyni zamanda “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

