VTB (Azərbaycan) 2025-ci ildə 9,1 milyon manatı xalis mənfəət əldə edib. Bankın aktivləri ötən il 306,222 milyon manat təşkil edib.
VTB (Azərbaycan)-ın kredit portfeli 243,638 milyon manata çatıb. Pərakəndə kreditləşmə üzrə portfeli 2024-cü illə müqayisədə 13%, ipoteka kreditləşməsi isə 14% böyüyüb. VTB-nin faiz gəliri 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin sonuna 32% artıb, qeyri-faiz gəliri isə təxminən 15 milyon manata çatıb.
2025-ci ilin sonunda VTB-nin kapital gəlirliliyi (ROE) 8,6%, aktivlərin gəlirliliyi (ROA) isə 2,78% təşkil edib.
Bankın məcmu kapitalı 100,375 milyon manat təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının minimum tələbindən iki dəfə çoxdur.
Bankın digər maliyyə göstəriciləri barədə məlumatları buradan əldə edə bilərsiniz: //vtb.az/about-bank/reports/quarterly/
