MÜSAHİBƏ

12 Dekabr

Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı

Unibank biznesinə əlavə sərmayə qoymaq, yeni ilə daha güclü başlamaq istəyən sahibkarlar üçün “Payız endirimi” kampaniyasının müddətini uzadıb. Ölkədə mikro sahibkarlığın inkişafına dəstək üçün keçirilən kampaniya ilin sonunadək davam edəcək. Sahibkarlar 50 000 AZN-dək mikro kreditlər üzrə təqdim edilən dörd fərqli güzəşt paketindən birini seçərək, bizneslərini daha sərfəli maliyyələşdirmə şansı əldə edirlər.

Kampaniya çərçivəsində mövcud endirim paketləri:

• Paket 1: Cari illik faiz dərəcəsinə 4%-dək endirim
• Paket 2: Fəaliyyət sahəsindən asılı olaraq 12 ayadək güzəşt müddəti
• Paket 3: 0% komissiya
Paket 4: Zaminsiz kredit

Bu paketlər mikro sahibkarların mövcud istəklərini həyata keçirmək, ilin son tələbatını qarşılamaq və yeni il planlarını reallaşdırmaq üçündür. Kredit şərtləri mövsümi ehtiyacları nəzərə alaraq mikro bizneslərin fəaliyyətini dəstəkləyir.

2026-cı ildə biznesini daha da böyütmək istəyən mikro sahibkarlar bu fürsətdən faydalanaraq ilin sonunu strateji hazırlıq mərhələsinə çevirə bilərlər.

Kampaniyadan yararlanmaq istəyən sahibkarlar Unibankın filiallarına müraciət edə bilərlər: “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan”, “Beyləqan” və “Lənkəran”.

Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az,  //www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank – Sənin Bankın!