MÜSAHİBƏ

11 Dekabr

A-Qroup sığortalısının müalicəsinə 49 000 AZN-dən çox pul ödəyib

Sığorta ödənişləri hər bir sığorta şirkətinin iş keyfiyyətinin ən mühüm göstəricilərindən biridir.

A-Qroup onkoloji xəstəliyi və metastazları olan sığortalı müştərinin həyatı üçün mübarizə aparır. Müalicə müddətində şirkət artıq ölkə daxilində 49.000 AZN-dən çox ödəniş edib. Müalicə davam etdikcə sığorta şirkəti ödənişləri mərhələli şəkildə həyata keçirir. Sığortalıya maliyyə dəstəyinin göstərilməsi A-Qroup Sığorta Şirkətinin prioritetidir.

Qarşıda hələ aylarla müalicə var. Hamımız inanırıq və ümid edirik ki, hər şey yaxşı bitəcək!

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 30 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.