Təsvir
İşiniz nədən ibarətdir?
- Müştəri Meneceri ilə birgə potensial müştərilərin müəyyən edilməsi, bankın məhsul və xidmətlərinin (kredit, depozit, valyuta əməliyyatları, rəqəmsal həllər və s.) təqdim olunmasına və satış prosesinə dəstək göstərilməsi;
-
Bankın məhsul və xidmətləri, qiymət siyasəti və prosedurları barədə müvafiq biliklərə sahib olmaq və müştərilərə düzgün məlumat vermilməsi;
-
Müştəri ödəniş müraciətlərinin və şikayətlərinin qeydiyyata alınması, müvafiq şöbələrlə əlaqələndirilərək icrasına nəzarət;
-
Müştərilərin rəsmi məktub müraciətlərinin icrasına nəzarət;
-
Müştəri Meneceri əlçatan olmadığı halda, müştəri ilə kommunikasiya və məlumat mübadiləsinin təmin edilməsi, daxil olan sorğuların müvafiq şöbələrə yönəldilməsi;
-
Bankın tələb etdiyi sənədlərin müştəridən toplanması, yoxlanılması və qeydiyyata alınması
-
Müştəri şikayətlərinin qəbul edilməsi, səbəblərin təhlili və müvafiq şöbəyə ötürülməsi;
-
Müştərilərin fərdi hesabat tələblərinin (kredit, çıxarış və s.) hazırlanması və təqdim edilməsi
-
Kredit və depozitlərin verilməsi prosesinə nəzarət, əməliyyatların vaxtında və düzgün icrasının təmin edilməsi;
-
Kredit təqdim olunması prosesində daxili şöbələrin koordinasiyası və icrasının sürətləndirilməsi;
-
Kredit təqdim olunmasından öncə və sonra sənədlərin dolğunluğunun və əlaqəli proseslərin icrasının izlənilməsi;
-
Təqdim edilmiş girovların rəsmiləşdirilməsi, yenilənməsi, və silinməsi ilə bağlı daxili proseslərə nəzarət;
-
Sığorta portfelinin idarə edilməsi və yenilənməsi ilə bağlı daxili proseslərin icrasına nəzarət;
-
Müştəri siyahılarının tərtib edilməsi, müvafiq şöbələrə təqdim edilməsi;
-
Daxili şöbələrin sorğularının cavablandırılması;
-
Müştəri Meneceri tərəfindən verilmiş tapşırıqların icrası, icra prosesinin izlənilməsi və nəticələr barəsində vaxtında geridönüş edilməsi;
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Sizdən nə tələb olunur?
-
Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və ya İqtisadiyyat üzrə;
-
İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il;
-
Dil bilikləri: İngilis, Rus;
-
Kompüter bilikləri: Microsoft Office;
-
Digər Məhsul üzrə biliklər: Bank məhsulları.
