Bank Respublika cari ilin üçüncü rübündə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib
Finss.az - Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir daha təsdiqləyib.
Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək etimadı əks etdirir.
Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib:
2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə göstəriciləri:
- Aktivlər - 26,3% artaraq 2,72 milyard manat təşkil edib;
- Məcmu kapital - 20,5% artaraq 249,04 milyon manata çatıb;
- Kredit portfeli - 16,6% artaraq 1,58 milyard manat təşkil edib;
- Depozit portfeli - 12,9% artaraq 1,52 milyard manat olub;
- Xalis faiz gəlirləri - 16,0% artaraq 126,89 milyon manat təşkil edib;
- Xalis əməliyyat mənfəəti - 12,44% artaraq 58,63 milyon manata çatıb;
- Xalis mənfəət - 9,9% artaraq 43,17 milyon manat təşkil edib.
Maliyyə sabitliyinin əsas göstəriciləri:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,26% (norma — 6,5%);
- Məcmu kapitalın adekvatlıq əmsalı — 13,74% (norma — 12,5%);
- Leverec əmsalı — 6,77% (norma — 5%).
1992-ci ildə təsis olunan Bank Respublika, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144
