Finss.az - Korporativ Sosial Məsuliyyət fəaliyyətləri çərçivəsində cəmiyyətə fayda qatmağı hədəfləyən “PAŞA Sığorta” milli ədəbiyyatın təbliği istiqamətində yeni layihə həyata keçirib. Şirkət “Parlaq İmzalar” nəşriyyatı ilə əməkdaşlıq edərək Azərbaycan ədəbiyyatının iki dəyərli əsərinin yenidən nəşrinə dəstək göstərib.
Mədəni irsin qorunması və yeni nəslə çatdırılması məqsədilə Cəlil Məmmədquluzadənin “Saqqalı uşaq” və Hüseyn Cavidin “İblis” əsərləri “Parlaq İmzalar” nəşriyyatının “Yoldaş” seriyası çərçivəsində oxuculara təqdim olunub.
Bu təşəbbüs həm klassik yazarların zəngin ədəbi irsinin daha geniş oxucu kütləsinə çatdırılmasına, həm də məktəbli və tələbə gənclərin milli ədəbiyyata marağının artırılmasına xidmət edir.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.
