Finss.az – Çin Xalq Respublikasının cənubunda yerləşən Quanqdun əyalətində bir həftə ərzində 336 yeni çikungunya xəstəliyi (Chikungunya fever) yoluxma halı aşkarlanıb.
Ən çox yoluxma Foşan şəhərində – 206, həmçinin Quanqjou şəhərində isə 62 nəfər qeydə alınıb. Bu barədə məlumatı Çin Mərkəzi Televiziyası (CCTV) yayıb.
Vəziyyət stabitdir, lakin qlobal epidemiyanın riski qalır
Mütəxəssislər qeyd edir ki, vəziyyət indilik nisbətən sabitdir, ancaq xəstəliyin yayılma ehtimalı və qlobal miqyasda epidemiyaya çevrilmə riski hələ də mövcuddur. Çikungunya virusu, əsasən Aedes aegypti və Aedes albopictus ağcaqanadları vasitəsilə insanlara yoluxur və xəstəlik yüksək hərarət, oynaq ağrıları, baş ağrısı və dəri səpkiləri ilə müşahidə olunur.
2025-ci ildə çikungunya xəstəliyinin ən çox yayıldığı regionlar
2025-ci ildə bu xəstəliyin ən çox yayılması Cənubi Asiyada, Hind Okeanı adalarında, həmçinin Madaqaskar, Somali və Keniya kimi ölkələrdə müşahidə olunur. Bu bölgələrdə əhali arasında virusun yayılması sürətlidir.