MÜSAHİBƏ

21 Avqust

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı – COMEX-də son qiymətlər

COMEX birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0,25% azalaraq 3 380,10 dollar olub, gümüşün sentyabr fyuçersləri isə 0,34% bahalaşaraq 38,39 dollara yüksəlib.

Finss.az – Əmtəə bazarlarında qızıl və gümüş qiymətlərində fərqli dinamika müşahidə olunub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçerslərinin qiyməti 0,25% azalaraq 3 380,10 ABŞ dollarına düşüb.

Digər tərəfdən, gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti 0,34% artaraq 38,39 ABŞ dollarına yüksəlib.

Mütəxəssislərin fikrincə, qızıl və gümüşdəki qiymət fərqləri bazarlarda risk faktorlarına, investorların gözləntilərinə və qlobal iqtisadi dəyişikliklərə bağlı olaraq formalaşır.