FED 29-30 iyul iclasının protokollarını dərc edib. Rəsmilər inflyasiyanın yüksəlməsi riskini əsas təhlükə hesab ediblər, faiz dərəcələri isə 4,25%-4,5% aralığında saxlanılıb.
Finss.az – ABŞ Federal Ehtiyat Sistemi (FED) 29-30 iyul tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını açıqlayıb.
Protokollarda qeyd olunur ki, rəsmilər daha yüksək inflyasiya və zəif məşğulluqdan narahatdırlar, lakin iştirakçıların əksəriyyəti inflyasiyanın yüksəlməsi riskini əsas təhlükə kimi qiymətləndirib.
Məlumata görə, FED üzvləri arasında tariflərin inflyasiyaya təsiri və siyasətin məhdudlaşdırıcılıq dərəcəsi ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Bir sıra siyasətçilər federal fondların cari səviyyəsinin neytraldan o qədər də yüksək olmaya biləcəyini vurğulayıblar.
İclasda bütün üzvlər faiz dərəcələrinin 4,25%-4,5% aralığında saxlanmasına səs veriblər. Qeyd olunub ki, tariflərin malların qiymətlərinə təsiri daha qabarıq görünür, lakin onların ümumi iqtisadiyyata və inflyasiyaya təsiri hələ də aydın deyil.
FED rəsmiləri bildiriblər ki, yüksək tariflərin inflyasiyaya təsirinin miqyası və davamlılığını dəqiq qiymətləndirmək üçün daha çox vaxta ehtiyac var.
Protokollarda həmçinin qeyd olunub ki, iqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik hələ də yüksəkdir, lakin bəzi səlahiyyətlilər maliyyə, immiqrasiya və tarif siyasəti ilə bağlı risklərin bir qədər azaldığını bildiriblər.
Qeyd edək ki, iyul iclasında FED-in iki üzvü qərarın əleyhinə səs verib. Bu, 1993-cü ildən bəri ilk dəfədir ki, belə bir hal baş verir.