2025-ci ilin yanvar–iyun aylarında Kapital Bankın ümumi faiz gəlirləri 561,6 milyon manat təşkil edib. Müştərilərə verilmiş kreditlərdən gəlirlər 445,6 milyon manat, ticarət və investisiya qiymətli kağızlarından isə 96,4 milyon manat olub.
Finss.az – 2025-ci ilin yanvar–iyun ayları ərzində Kapital Bankın ümumi faiz gəlirləri 561,6 milyon manat təşkil edib. Bankın rüblük hesabatına əsasən, faiz gəlirlərinin böyük hissəsi, yəni 445,6 milyon manat, müştərilərə verilmiş kreditlərdən əldə olunub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri isə 96,4 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə:
-
Ümumi faiz gəlirləri 170,3 milyon manat və ya 43,5% artıb.
-
Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 122,7 milyon manat (38,0% artım) təşkil edib.
-
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 57,4 milyon manat, yəni 2,5 dəfə artıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar–iyun aylarında bankın ümumi faiz gəlirləri 391,3 milyon manat, müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 322,9 milyon manat, ticarət və investisiya qiymətli kağızları üzrə isə 39,0 milyon manat təşkil etmişdi.