Finss.az - 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 25,9% artaraq 4,6 milyard dolları keçib. İxrac 1,04 milyard dollar, idxal isə 3,56 milyard dollar təşkil edib.
Finss.az – Bu ilin yanvar-iyul aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 948 milyon 381 min ABŞ dolları və ya 25,95% artaraq 4,6 milyard dollardan çox olub. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Hesabat dövründə Azərbaycandan MDB ölkələrinə ixrac 1,04 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,65% artım deməkdir.
Eyni zamanda, MDB ölkələrindən Azərbaycana idxal 3,56 milyard dollara yüksəlib. Bu göstərici ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 31,2% çoxdur.
Ümumi ticarət dövriyyəsində MDB ölkələrinin payı 15,97% olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 2,38 faiz bəndi artım deməkdir.
Mənbə: Dövlət Gömrük Komitəsi