X5 Robotics – Rusiyanın ən böyük pərakəndə şəbəkəsindən yeni biznes xətti
Finss.az xəbər verir ki, X5 Group özünün yeni biznes istiqaməti – X5 Robotics-i təqdim edib. Yeni strukturun əsas məqsədi pərakəndə sektorunda robot texnologiyaları və avtomatlaşdırma həllərini tətbiq etməkdir.
Şirkətin məlumatına görə, X5 Robotics yalnız qrupun daxilində deyil, həm də xarici bazarlarda innovasiya mərkəzi rolunu oynayacaq. Layihə çərçivəsində istehsal proseslərinin avtomatlaşdırılması, robotların tətbiqi və yeni texnoloji həllərin işlənməsi nəzərdə tutulur.
X5 Tech-in idarəedici direktoru Aleksandr Kostin bildirib ki, yeni xətt “pərakəndə ticarətdə robotlaşdırılmış istehsal və avtomatlaşdırma sahəsində inqilabi həllər təqdim edəcək”.
Qeyd edək ki, X5 Group gəlir həcminə görə Rusiyanın ən böyük pərakəndə şəbəkəsidir. 2025-ci ilin iyun ayına şirkət 28 mindən çox mağazanı birləşdirir. Yeni yaradılan X5 Robotics isə retail avtomatlaşdırma həlləri və robot texnologiyaları sayəsində bazarda rəqabət üstünlüyünü daha da gücləndirməyi hədəfləyir.