Kampaniyaları ilə fərq yaradan Bank of Baku-dan indi yalnız korporativ müştərilər deyil, hər bir müştəri maaş kartı əldə edə bilər.
Beləliklə, maaş kartını Bank of Baku-ya gətirməklə bankın maaş kartına sahib olan müştərilər həm rahat bank xidmətləri, həm də bir çox üstünlüklərdən faydalanacaqlar:
- İllik 7 %-dək GƏLİR
- KOMİSSİYASIZ nağdlaşdırma
- 60 ay müddətinə PULSUZ KART
- Bol keşbek
- Əməkhaqqının 25 mislinədək KREDİT
Maaş kartının əsas üstünlüklərindən biri DEPOZİT funksiyasına malik olmasıdır. Belə ki, kart istifadəçiləri kart hesablarındakı 100 AZN-dən az olmayan qalıq məbləğə illik 7 %-dək GƏLİR əldə edirlər. Qalıq məbləğ 100 AZN - 2000 AZN oduqda 7 %, 2000 AZN-dən çox olduqda isə 2000 AZN-ə qədər olan hissəyə 7 %, 2000 AZN-dən yuxarı olan hissəyə isə 5 % gəlir hesablanır. Gəlirlər gündəlik əsasda verilir.
Bundan əlavə, kart sahibləri öz vəsaitlərini Bank of Baku-nun АТМ və POS-larında KOMİSSİYASIZ nağdlaşdıra bilərlər.
Maaş kartı ilə edilən ödənişlərdən KEŞBEK də qazanmaq mümkündür. Keşbekin hesablanması üçün bankın “Dostbank” tətbiqində hər ay 3 keşbek kateqoriyası seçmək lazımdır.
Digər bir fürsət – kredit ehtiyacı yarandığı halda, kart sahibləri Bank of Baku-dan əməkhaqqının 25 mislənədək nağd pul krediti əldə edə biləcəklər.
Onu da qeyd edək ki, maaş kartları yalnız AZN valyutasında təqdim olunur.
Bank of Baku-nun bu, eləcə də digər məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, Bank of Baku-nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.
Fuad Mədətov
Finss.az
