Finss.az - "FINCA Azerbaijan" 15%-lik gəlirlə istiqrazlarını uğurla yerləşdirdi
25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
AZ2009019202 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 12 avqust 2025-ci il tarixində uğurla başa çatıb. Ticarətin nəticələri Bakı Fond Birjasının Standart Bazar Listinqi seqmentinə daxil edilmə meyarlarına uyğun olduğu üçün istiqrazlar bu seqmentdə listinqə alınıb.
İstiqrazlar üzrə əsas göstəricilər:
- 
	
Emitent: "FINCA Azerbaijan" MM QBKT
 - 
	
ISIN: AZ2009019202
 - 
	
Növü: Faizli, təminatsız, sənədsiz, adlı istiqraz
 - 
	
Say: 10,000 ədəd
 - 
	
Nominal qiymət: 100 manat
 - 
	
Ümumi buraxılış həcmi: 1,000,000 manat
 - 
	
İllik gəlirlilik: 15%
 - 
	
Faiz ödənişi dövrü: Hər 3 təqvim ayından bir
 - 
	
Tədavül müddəti: 18 ay
 - 
	
Reallaşdırılmış həcm: 1,000,000 manat
 - 
	
İnvestor sayı: 50
 - 
	
Anderrayter: “Unicapital İ.Ş.” ASC
 
Bu buraxılış, ölkədə maliyyə alətlərinə marağın artdığını göstərir və investorlar üçün yeni, sabit gəlirli imkanlar yaradır.
