MÜSAHİBƏ

07 Avqust

Mərkəzi banklar iyun ayında 22 ton qızıl alıblar – WGC-nin hesabatı

Finss.az - Dünya Qızıl Şurasının (World Gold Council, WGC) iyun ayı üzrə ilkin hesablamalarına əsasən, qlobal mərkəzi banklar öz qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 22 ton artırıblar.

WGC-nin analitiki Krişan Qopaul bildirib ki, satınalmalar ardıcıl üçüncü ay artım trendindədir. Bununla belə, 2025-ci ilin ilk yarısı üzrə ümumi göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə bir qədər zəifdir — bu il təxminən 123 ton, ötən il isə 130 ton təşkil edib.

İyun ayında ən çox qızıl alan ölkələr bunlar olub:

  • Özbəkistan – 9 ton

  • Qazaxıstan – 7,4 ton

  • Türkiyə – 2,3 ton

  • Çin – 2,2 ton

  • Çexiya – 1,6 ton

  • Qırğızıstan – 1,2 ton

Digər mərkəzi bankların alışı 1 tondan az olub.

Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hesabat dövründə qızıl ehtiyatlarını 15,8 ton artırıb, lakin bu göstərici rüblük olduğundan WGC-nin aylıq statistikasında əks olunmayıb.

Satış həcmi baxımından lider isə Sinqapur Bankı olub – bu bank iyun ayında 5,6 ton qızıl satıb.