Finss.az - Hindistan ABŞ Prezidenti Donald Trampın Rusiyadan neft alışına görə ölkəsinə tətbiq edilən 25% əlavə rüsum qərarını sərt tənqid edib.
Hindistan Xarici İşlər Nazirliyi Trampın Rusiyadan neft almağa davam edən Hindistana qarşı əlavə gömrük vergisi tətbiq etməsini "bədbəxt hadisə" kimi qiymətləndirib.
Nazirliyin yaydığı rəsmi bəyanatda vurğulanıb ki, ABŞ-ın Hindistana qarşı bu addımı "ədalətsiz, əsassız və məntiqsizdir" və Hindistan öz milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcək.
ABŞ Prezidenti Donald Tramp isə həftənin əvvəlində Hindistanın Rusiyadan neft alıb yüksək qiymətlərlə yenidən satdığını əsas gətirərək, ölkəyə tətbiq edilən tariflərin "əhəmiyyətli dərəcədə" artırılacağını açıqlamışdı.
Bu gərginlik ticarət münasibətlərində yeni mübahisələrə yol aça bilər və regional enerji bazarına təsir göstərə bilər.