Sağlamlıq sığortalı müştərilərinə xidmətdə tez-tez yeniliklərə imza atan PAŞA Sığorta bu dəfə “iCheck” mobil tətbiqi ilə əməkdaşlığa başladı.
Bununla artıq PAŞA Sığortanın sağlamlıq sığortalı müştəriləri klinikaya getmədən onlayn həkim konsultasiyasından yararlanacaq, hətta onlayn şəkildə resept əldə edərək dərman təminatından yararlanacaq.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
