MÜSAHİBƏ

17 İyul

Morgan Stanley-in rüblük xalis mənfəəti 15% artıb

Finss.az xəbər verir ki, ABŞ-ın ən böyük banklarından biri olan Morgan Stanley 2025-ci ilin ikinci rübündə xalis mənfəətini 15%, gəlirini 12% artırıb.

Aprel-iyun aylarında bankın xalis mənfəəti ötən ilin eyni dövründəki 3,08 milyard dollara qarşı 3,54 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 1,82 dollardan 2,13 dollara yüksəldi.

Morgan Stanley-in rüblük gəliri bir il əvvəlki 15,02 milyard dollarla müqayisədə 16,79 milyard dollar olub.

FactSet-in sorğusuna qatılan analitiklər orta hesabla bankın xalis mənfəətini 16,07 milyard dollar gəlirlə səhm başına 1,99 dollar səviyyəsində proqnozlaşdırıblar.

Ötən rübdə bankın mümkün kredit itkiləri üçün ehtiyatlar üzrə ayırmaları bir il əvvəlki 76 milyon dollarla müqayisədə 196 milyon dollar təşkil edib.

Aprel-iyun aylarında İnstitusional Qiymətli Kağızlar bölməsindən (qiymətli kağızlar bazarında institusional investorlar üçün xidmətlər) gəlir 9% artaraq 7,6 milyard dollara çatıb. İnvestisiya bankçılığı seqmentində gəlir 5% azalaraq 1,54 milyard dollar təşkil edib.

Əsas gəlirli aktivlərlə əməliyyatlardan gəlir 9% artaraq 2,18 milyard dollar, səhmlərlə əməliyyatlardan isə 23% artaraq 3,72 milyard dollar təşkil edib.

Morgan Stanley-in sərvətlərin idarə edilməsi sahəsində gəlirləri 14% artaraq 7,76 milyard dollara, investisiyaların idarə edilməsi sahəsində isə 12% artaraq 1,55 milyard dollara çatıb.