“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 229 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 229 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 188 (Cild I); 2024, № 1, maddə 111; 2025, № 1, maddə 90) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bənd üzrə:
1.1.1. birinci cümlədən “və yük” sözləri çıxarılsın və həmin cümləyə “Xüsusi fərqlənmə nişanı” sözlərindən sonra “, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı” sözləri əlavə edilsin;
1.1.2. ikinci cümlədən “və yük” sözləri çıxarılsın;
1.2. 2.1-ci, 3.3-cü, 3.8-ci və 3.9-cu bəndlərdən “və yük” sözləri çıxarılsın;
1.3. 2.2-ci bənddən (hər iki halda) “və ya yükgötürmə qabiliyyəti” sözləri çıxarılsın və həmin bənddə “göstəriciləri” sözü “göstəricini” sözü ilə əvəz edilsin;
1.4. aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:
“2.3. Yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir. Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsi ilə yük daşıma fəaliyyəti üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.7-ci və 14.5.1-2-ci maddələrində nəzərdə tutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənilir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.1.4.3.1.4-cü və 1.1.4.3.2.2-ci yarımmaddələrindən “və yük” sözləri çıxarılsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “15” “iyul” 2025-ci il
№ 210