MÜSAHİBƏ

15 İyul

Azərbaycanda fəaliyyət göstərən istixanaların sayı 27 vahid azalıb

2025-ci ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən istixanaların sayı 3 000 vahid təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 vahid və ya 0,9% azalıb. 2024-cü ilin eyni dövründə ölkədə 3 027 istixana fəaliyyət göstərirdi.

Fəaliyyət göstərən istixanaların ümumi sahəsi 1,6 min hektar ərazini əhatə edir.

Yanvar-iyun aylarında isə istixanalarda əsasən pomidor və xiyar yetişdirilib. Bu dövrdə pomidor istehsalı 126 min ton, xiyar istehsalı isə 6,2 min ton olub.

Fuad Mədətov
Finss.az