2025-ci ilin ilk yarısında Azərbaycandan Gürcüstana 1,1 milyard kubmetr təbii qaz ixrac olunub.
Bu barədə Finss.az-a Energetika Nazirliyindən məlumat verilib.
Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 18,2% azdır. 2024-cü ilin yanvar-iyun aylarında bu rəqəm 1,3 milyard kubmetr təşkil etmişdi.
Qeyd edək ki, cari ilin ilk 6 ayında ölkə üzrə ümumilikdə 25,2 milyard kubmetr təbii qaz hasil olunub. Bunun 13,8 milyard kubmetri “Şahdəniz”, 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.