MÜSAHİBƏ

14 İyul

“Brent” və WTI neftinin qiymətində cüzi artım qeydə alınıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2025-ci ilin sentyabr ayı üzrə fyuçers qiyməti 0,18% artaraq 1 barel üçün 70,49 ABŞ dollarına yüksəlib.

Finss.az-ın məlumatına görə, eyni dinamika Nyu-Yorkun NYMEX əmtəə birjasında da müşahidə olunub. Belə ki, WTI markalı neftin avqust ayı üzrə fyuçers qiyməti 0,18% artaraq 68,57 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, artımın əsas səbəbləri sırasında qlobal tələbatın stabilləşməsi, geosiyasi risklər və ABŞ-da kommersiya ehtiyatlarının azalması ilə bağlı bazar gözləntiləri göstərilir.

Fuad Mədətov
Finss.az