Finss.az - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə yeni müsabiqə elan edib.
Bu tədbir sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə təşkil olunur.
Müsabiqə çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba, Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın və digər istiqamətlərdə marşrut xətləri üzrə daşıyıcılar seçiləcək.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanun və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq keçirilir. İddiaçıların təklifləri 9 avqust saat 17:00-dək AYNA-ya təqdim edilməlidir. Müsabiqə zamanı əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələrinin də təqdim olunması tələb olunur.
Marşrutların lotlar üzrə qiymətləndirilməsi avqustun 26-dan sentyabrın 5-dək mərhələli şəkildə həyata keçiriləcək.
AYNA bildirir ki, müsabiqənin əsas məqsədi sərnişindaşıma sahəsində xidmətin keyfiyyətinin, təhlükəsizliyin və sərnişin rahatlığının artırılmasıdır.