Finss.az - 2025-ci ilin iyun ayında Qazaxıstan “Drujba” neft kəməri vasitəsilə Almaniyaya 160 min ton neft nəql edib ki, bu da may ayı göstəricisindən 1,4 dəfə azdır.
May ayında ixrac həcmi 230 min ton təşkil etmişdi.
Qazaxıstanın milli neft şirkəti “KazMunayGas” 2025-ci ildə Almaniyaya neft ixracını 1,5 milyon tondan 2 milyon tona qədər artırmağı planlaşdırır. Energetika naziri Almasadam Satkalievin sözlərinə görə, Almaniya tərəfindən tələb artarsa, ixrac həcmi daha da yüksələ bilər.
Hazırda iyul ayı üçün dəqiq nəql planları açıqlanmayıb. Qazaxıstan 2023-cü ildən bəri “Drujba” kəməri vasitəsilə Almaniyaya neft nəqlini davam etdirir.