Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% artaraq 357,7 milyon dolları keçib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu dövrdə Azərbaycanın Yunanıstana ixracı 334,2 milyon dollar təşkil edib ki, bu da 9,1% artımı göstərir.
Eyni zamanda, Yunanıstandan Azərbaycana idxal 23,5 milyon dollar olub, bu isə 0,6% azalma deməkdir. Ümumilikdə, ölkəmizin ümumi ticarət dövriyyəsində Yunanıstanın payı cari ilin ilk beş ayında 1,7% səviyyəsindədir.
Ekspertlər hesab edirlər ki, Azərbaycanın ixracının artması ölkənin ticarət balansına müsbət təsir göstərir və regional iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradır.