MÜSAHİBƏ

10 İyul

Trampdan gözlənilməz NASA qərarı

Finss.az - ABŞ Prezidenti Donald Tramp Nəqliyyat naziri Şon Daffini NASA-ya müvəqqəti rəhbər təyin etməyi təklif edib.

Prezident bu qərarını The Truth Social sosial şəbəkəsində açıqlayıb və Daffinin ölkənin infrastruktur sahəsində gördüyü uğurlu işləri vurğulayıb.

“Şon hava hərəkətinin idarə olunmasında müasir sistemlər yaradır, yollar və körpüləri yeniləyir. O, NASA kimi mühüm bir agentliyin müvəqqəti rəhbərliyinə layiqdir,” – deyə Tramp bildirib.

Şon Daffi bu təklifi qəbul etdiyini X (əvvəlki Twitter) platformasında açıqlayıb: “Bu missiyanı qəbul etmək mənim üçün böyük şərəfdir. Kosmosu fəth etməyin vaxtıdır.”

Qeyd edək ki, Tramp bir neçə gün əvvəl NASA rəhbərliyinə təqdim etdiyi milyarder Cared Ayzekmanın namizədliyini gözlənilmədən geri çəkmişdi. Mətbuata görə, bu qərar Ayzekmanın Demokrat Partiyasının tanınmış nümayəndələri ilə maliyyə əlaqələrinin olması ilə bağlıdır.