Finss.az - 2025-ci ilin iyun ayında dünya üzrə birja ticarət fondlarına (ETF) 7,6 milyard ABŞ dolları həcmində investisiya daxil olub.
Bu məbləğ 74,6 ton qızıla bərabərdir. World Gold Council-in məlumatına görə, ötən ay əvvəlki çıxışdan sonra fondlara qızıl yatırımları yenidən artmağa başlayıb. Əsas tələbat Şimali Amerika bazarından gəlib.
Yaxın Şərqdəki gərginliklər səbəbindən geosiyasi risklər yüksəlib və investorlar riskli dövrlərdə daha çox "sığınacaq aktivlərinə" – qızıla yönəlirlər. İlk yarımilin yekunlarına görə, ETF-lərə daxilolma 38,1 milyard dollar təşkil edib ki, bu da 397,1 ton qızıl deməkdir. Bu, 2020-ci ilin ilk yarısındakı göstəricidən sonra ən yüksək nəticədir.
Hazırda dünya fondlarındakı qızılın ümumi dəyəri 382,8 milyard dollar və ya 3 615,9 ton təşkil edir.