MÜSAHİBƏ

10 İyul

Daimler Truck ABŞ sifarişlərinin aşağı səviyyədə qalacağını gözləyir

Finss.az - Alman yük avtomobilləri istehsalçısı Daimler Truck Holding AG ABŞ bazarında sifarişlərin "xüsusi dərəcədə" aşağı səviyyədə qalacağını bildirir.

Şirkət Vaşinqtonun ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik azalana və yükdaşıma həcmələri bərpa olunana qədər vəziyyətin yaxşılaşmayacağını qeyd edir.

Daimler-in baş maliyyə direktoru Eva Şerer bildirib ki, ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi rüsumlar səbəbindən loqistika şirkətləri yük avtomobillərinin alımlarını azaldıb. Bu, şirkətin Şimali Amerikadakı satışlarına da mənfi təsir göstərib — cari ilin ikinci rübündə satışlar 20% azalıb.

Şerer əlavə edib ki, Çinin nadir torpaq metalları ixracına qoyduğu məhdudiyyətlər də logistika problemləri yaradır. Buna baxmayaraq, şirkət əvvəlcədən yaratdığı ehtiyatlar sayəsində hələ ki, komponent çatışmazlığının qarşısını ala bilir.

Daimler Truck-in sıfır emissiyalı elektrikli yük avtomobilləri sahəsində təşəbbüsləri isə zəif tələbat və qeyri-kafi enerji doldurma infrastrukturu səbəbindən uğursuz olub. Şirkət dizel yük avtomobillərinin ən azı 2030-cu ilə qədər əsas məhsul olaraq qalacağını proqnozlaşdırır.