2025-ci ilin may ayının sonuna olan məlumata əsasən, Azərbaycanda rezident maliyyə institutlarının emissiya etdiyi “UnionPay” kartları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 200 ədəd, əməliyyatların ümumi həcmi isə 30 min manat təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, aprellə müqayisədə əməliyyatların sayı iki dəfə artaraq 100 ədəddən 200-ə yüksəlib. Lakin əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 40% azalaraq 50 min manatdan 30 min manata düşüb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların sayı və həcmi ölkə daxilində fəaliyyət göstərən yerli banklar və maliyyə qurumlarının verdiyi kartlarla aparılan əməliyyatların ümumi göstəriciləridir.
Fuad Mədətov
Finss.az