MÜSAHİBƏ

07 İyul

Azərbaycanda bankların avro əməliyyatları azalıb

Cari ilin may ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ümumilikdə 22,745 milyon avro həcmində alqı-satqı əməliyyatı həyata keçirilib.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,027 milyon avro və ya 18,1% azalıb. Belə ki, 2024-cü ilin mayında banklar 27,772 milyon avro həcmində əməliyyat aparıb.

2025-ci ilin may ayında banklar 11,906 milyon avro alıb, 10,839 milyon avro isə satıb.

İllik müqayisədə avro alışı 973 min avro və ya 8,9% artıb, satış isə 6 milyon avro və ya 35,6% azalıb. Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bankların avro alış həcmi 10,933 milyon avro, satış həcmi isə 16,839 milyon avro təşkil edib.

Fuad Mədətov
Finss.az