Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Trans-Əfqan dəhlizi ilə birləşəcək.
Finss.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İƏT 17-ci zirvə-görüşündə etdiyi çıxışda deyib.
"Son geosiyasi hadisələr və qlobal logistika sistemlərindəki pozuntular fonunda alternativ logistika zəncirlərinin qurulması prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin gerçəkləşdirilməsinə başlanılması mühüm addım olmuşdur. Gələcəkdə bu magistral Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək və bu da regionda tranzit marşrutlarının effektiv inteqrasiyası üçün yeni imkanlar açacaq", – deyə o bildirib.