MÜSAHİBƏ

03 İyul

Azərkosmos peyk telekommunikasiya xidmətlərinin ixracından 7 milyon dollar gəlir əldə edib

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) dünyanın 40 ölkəsinə 7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın iyun sayında yer alıb.

Agentliyin peyk xidmətlərindən əldə etdiyi gəlir ümumi gəlirlərinin 65%-ni təşkil edib ki, bu da Azərkosmosun ixrac potensialının güclü olduğunu göstərir.

Fuad Mədətov
Finss.az