MÜSAHİBƏ

02 phrase_var_core.july

Azərbaycanda qadınlara pensiya təyinatı 12,5% artıb

2024-cü ilin ilk yarısında Azərbaycanda 17 437 qadına pensiya təyin edilib.

Bu barədə Finss.az Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Təkcə iyun ayında pensiya alan qadınların sayı 2 443 nəfər olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 15 495 qadına pensiya təyin edilmişdi. Beləliklə, cari ilin 6 ayında pensiya alan qadınların sayı 1 942 nəfər və ya 12,5% artıb.

Rəsmi statistikaya görə, 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək ümumilikdə 24 097 qadına, son beş ildə isə (2020–2025-ci illər) 95 200 qadına pensiya təyin olunub.

Qeyd edək ki, 2024-cü il iyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay təşkil edir.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaşı 2017–2021-ci illər ərzində mərhələli şəkildə artırılaraq 65 yaşa çatdırılıb. Qadınlar üçün isə bu proses 2027-ci il iyulun 1-dək davam edəcək və hər il 6 ay artırılmaqla həyata keçirilir.