2025-ci ilin yanvar-may aylarında “Azərbaycan Sənaye Sığorta” ASC 13 milyon 815 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd edilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 654 min manat və ya 23,8% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-may aylarında şirkət 11 milyon 161 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, 2025-ci ilin ilk beş ayında şirkət 5 milyon 94 min manat sığorta ödənişi həyata keçirib. Bu, 2024-cü ilin yanvar-aprel dövrü ilə müqayisədə 1 milyon 380 min manat və ya 37,2% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 3 milyon 714 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az