2025-ci ilin yanvar-may aylarında “AtaSığorta” ASC 4 milyon 92 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Qeyd olunub ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 209 min manat və ya 4,9% azalma deməkdir. Ötən ilin yanvar-may aylarında şirkət 4 milyon 301 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, 2025-ci ilin yanvar-may aylarında “AtaSığorta” 2 milyon 106 min manat sığorta ödənişi həyata keçirib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 420 min manat və ya 24,9% artım deməkdir. Ötən ilin yanvar-may aylarında isə bu göstərici 1 milyon 686 min manat təşkil etmişdi.
Fuad Mədətov
Finss.az