Finss.az - "bp-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “Qarabağ” neft yatağından ilk neft hasilatının 2029-2030-cu illərdə baş verəcəyini açıqlayıb.
Onun sözlərinə görə, artıq bu yataqda işlərin sürətləndirilməsi üçün quyuların qazılma vaxtı və yeri seçilməli, qiymətləndirmə işləri aparılmalıdır:
“Bundan sonra “Qarabağ” neft yatağından ilk neftin hasilatını gözləmək olar. Təxminən 2029-2030-cu illərdə bu prosesin baş tutacağı proqnozlaşdırılır və bu, sürətli bir proses sayılır”.
Tamam Bayatlı həmçinin “Əşrəfi - Dan Ulduzu – Aypara” geoloji-kəşfiyyat yatağı ilə bağlı da məlumat verib. O bildirib ki, həmin yataqda hələ qazıntı işləri həyata keçirilməli, ilkin məlumatlar təhlil olunmalı və neft və ya qaz hasilatının mümkün olub-olmaması müəyyən edilməlidir. Bu isə müəyyən vaxt tələb edir.
“bp” şirkəti bu layihələrin işlənməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə fəaliyyət planı hazırlayır.
© trend